Fransa İsrail şirkətlərinin ticarət sərgisində iştirakını qadağan etdi

Dünya

16.10.2024 18:10

1746

Fransa gərginləşən mübahisələr fonunda İsrail firmalarına qarşıdan gələn hərbi dəniz ticarət sərgisində iştiraklarını qadağan edib.

TodayPress xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.

Bildirilib ki, Fransa Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi, İsrail səfirliyi və 4-7 noyabr tarixləri arasında illik dəniz sərgisini təşkil edən “Euronaval”ın tələblərinə cavab verməyib.

Qeyd edək ki, Fransa bu ilin əvvəlində İsrail şirkətlərinə hərbi sərgidə iştirakını da qadağan etmişdi və Müdafiə Nazirliyi prezident Emmanuel Makronun İsraili Qəzzada əməliyyatlarını dayandırmağa çağırdığı bir vaxtda şirkətlərin bu kimi proseslərdə iştirak etməsi üçün şərtlərin artıq uyğun olmadığını bildirmişdi.

tag: Fransa ,İsrail,Firma,MN,Emmanuel Makron,Qəzza,todaypress.az,