Fransa immiqrantlar üçün qaydaları sərtləşdirir
Dünya
28.01.2025 09:10
Fransanın daxili işlər naziri Bruno Retayo ölkədə yaşayan mühacirlərin leqallaşdırılması ilə bağlı 2012-ci ildə sələfi Manuel Vals tərəfindən qoyulmuş qaydaları sərtləşdirib.
TodayPress xəbər verir ki, bu barədə “Kommersant” yazıb.
Qeyd olunub ki, Retayo miqrasiya siyasəti məsələlərinə sərt yanaşır. O, dəfələrlə bəyan edib ki, qeyri-qanuni miqrasiya üçün qanunvericilik stimullarına son qoymaq lazımdır.
Versalda keçirilən mətbuat konfransında nazir vurğulayıb: "Fransızlar nizam-intizam gözləyirlər və mən onlara zəmanət vermək niyyətindəyəm".
Ən əhəmiyyətli dəyişikliklər torpaq qanunu adlanan prinsiplərə yenidən baxılması ilə bağlıdır. Xüsusilə, Fransada doğulmuş uşaq üçün Fransa pasportu almaq istəyən əcnəbi valideynlər üçün daha sərt şərtlər tətbiq edilir. Retayo tərəfindən təklif olunan yeni qaydaya əsasən, valideynlər qanuni olaraq ən azı bir il ölkədə olmalıdırlar. Yalnız bu halda onların övladı vətəndaşlıq üçün müraciət edə biləcək.
Günəş Mərd
tag: Retayo,Torpaq,Qanun,Fransa,İmmiqrant,Todaypress.az,