Fransa höküməti jurnalisti vətəndaşlıqdan məhrum etdi
“Fransa höküməti Kemi Seba təxəllüsü ilə tanınan publisist Stellio Gilles Quiçinin vətəndaşlığını ləğv edib. Səbəb isə jurnalistin ölkənin Afrikadakı siyasətini tənqid etməsidir”.
TodayPress, "TASS"a istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Paris hansı günahlarına görə görkəmli bir şəxsi vətəndaşlıqdan məhrum etdi? Siz buna inanmayacaqsınız; Fransanın Afrika siyasətini tənqid etdiyinə görə. Hətta Makrona sadiq olanlar belə deyə bilməzlər ki, bu Yelisey sarayının xarici siyasətidir və bu addım düzgündür” deyə Zaxarova bildirib.
O, həmçinin qeyd edib ki, Fransanın “Le Figaro” nəşri publisisti xarici agent adlandırıb.
Töhfə Səməd
tag: Fransa, Hökumət, Makron, Zaxarov, Yelisey, Afrika, todaypress.az,