Fransa Ermənistana milyonlar ayıracaq

Dünya

16.09.2024 10:32

Fransa Ermənistana 29 milyon avro ayıracaq. 

TodayPress xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.  

Qeyd olunub ki, bunu Fransanın xarici işlər naziri Stefan Sejurne İrəvana səfərinin yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu vəsait Azərbaycan ərazilərini könüllü tərk etmiş ermənilər üçün nəzərdə tutulub. 

Stefan Sejurne eyni zamanda Fransa və Ermənistanın müdafiə sahəsində əməkdaşlıq edəcəyini bildirib. 

Günəş Mərd

tag: Fransa, Ermənistan, Stefan Sejurne, İrəvan, Səfir ,todaypress.az,