Fransa bu il Ukrayna ordusu briqadası yaradacaq
Fransa bu il 2100 ukraynalı hərbçiyə
təlim keçmək və onları silah-sursat və uniforma ilə təmin etməklə Ukrayna
silahlı qüvvələri üçün tam hüquqlu briqada yaratmağı planlaşdırır.
TodayPress xəbər verir ki, bu
barədə “France 3” telekanalı məlumat yayıb.
Ukrayna hərbçiləri fransalı hərbçilərin
adətən xaricdəki missiyalara yola düşməzdən əvvəl təlim keçdiyi Fransadakı təlim
bazalarında təcrübə keçəcəklər. Telekanal bildirib ki, təlim kursu iki ay müddətinə
nəzərdə tutulub.
Nəzrin Cavadzadə
tag: Fransa, Ukrayna, Briqada, Ordu, todaypress.az,