Fransa Aİ-dən Kiyevə ayrılan vəsaitə nəzarətin gücləndirilməsini istədi

Dünya

03.10.2024 14:05

Fransa Avropa İttifaqının Kiyevə 35 milyard avro məbləğində kredit ayırmasına İttifaqa üzv dövlətlərin və Avropa Parlamentinin nəzarəti gücləndirməyi təklif etdi. 

TodayPress xəbər verir ki, bu barədə “Politico” qəzeti yazır.

“Fransa Avropa Komissiyasının Ukraynaya daha geniş nəzarət olmadan pul buraxmaq imkanının məhdudlaşdırılmasını təklif edib. Paris Brüsselin 35 milyard avroluq kreditinin bölüşdürülməsinə milli nəzarətin gücləndirilməsini dəstəkləyir” nəşr yazır.

Qeyd edək ki, sentyabrın 20-də Avropa İttifaqı Ukraynaya yardımı çərçivəsində ona 35 milyard avro məbləğində kredit ayırıb. 

Günəş Mərd

tag: Fransa, Kiyev ,Avropa ,Ukrayna ,Kredit ,Parlament, todaypress.az,