Fransa Afrikanı işğal etməyə hazırlaşır?
Dünya
11.09.2024 13:38
Fransanın Afrika ölkəsinə tez bir zamanda yerləşdirməyə hazır olan minlərlə əsgəri var.
TodayPress xəbər verir ki, bu barədə Amerikanın “The Wall Street Journal” qəzeti yazıb.
“Fransa minlərlə əsgərini hazır saxlayacaq və qısa müddətdə Afrikanın işlərinə müdaxilə etməyə hazır olacaq” nəşr yazır.
Qeyd olunur ki, Mali, Burkina-Faso və Niger hakimiyyətinin Fransa qoşunlarına ölkəni tərk etməyi əmr etməsindən sonra rəsmi Paris hazırda bölgədəki hərbi mövqelərini yenidən nəzərdən keçirir.
Paris artıq öz hərbi təlimçilərini Qabon, Seneqal, Fil Dişi Sahili və Çaddakı yerli hərbi bazalara köçürür.
Günəş Mərd