Fransa Afrikadakı hərbi mövcudluğunu azaldacaq

Dünya

13.01.2025 20:05

Fransa Afrika ölkələrindəki hərbi kontingentini azaldacaq.   

TodayPress xəbər verir ki, bu barədə Fransa prezidentinin Afrika üzrə nümayəndəsi Jan-Mari Bokel “Jeune Afrique” jurnalına müsahibəsində bildirib.

O, Qabon, Seneqal, Fil Dişi Sahili və Çaddakı fransız qoşunlarının sayı ilə bağlı konkret rəqəmlərin "müvafiq dövlət başçıları ilə razılaşdırılmalı olduğunu" qeyd edib.

Bundan əvvəl Fransa lideri Emmanuel Makron demişdi ki, Afrika ölkələri guya Saheldə terrorla mübarizədə göstərdiyi köməyə görə Fransaya təşəkkür etməyi unudublar. 

Günəş Mərd

tag: Fransa ,Afrika,Jan-Mari Bokel,Qabon,Makron ,todaypress.az,