Fransa ABŞ-nin Rusiyaya qarşı ittihamlarının səbəbini açıqladı

Dünya

05.09.2024 15:16

946

“ABŞ-nin Rusiya və onun mediasına qarşı ittihamları Donald Trampın prezident seçkilərində qalib gəlmək istəməməsi ilə bağlıdır”.

TodayPress xəbər verir ki, bunu fransalı siyasətçi, “Vətənpərvərlər” Partiyasının lideri Florian Filippo “X” sosial şəbəkəsində bildirib.

O, Ağ Evin Rusiya mediasına, xüsusən də “Russia Today” telekanalına qarşı sanksiyalarını şərh edib. Filipponun sözlərinə görə, Rusiyanın seçkiyə müdaxiləsi ilə bağlı ittihamlar ağılasığmazdır və buna səbəb Trampın qalib gəlməsini istəməmələridir.

"ABŞ-nin siyasi elitası Trampın qalib gəlmək şansının çox yüksək olduğunu bilir, ona görə də köhnə hiylələrdən istifadə edir!" deyə siyasətçi bildirib. O, əlavə edib ki, “Russia Today”ə qarşı ittihamlar ABŞ-də söz azadlığına hücumdur.

Töhfə Səməd

tag: Rusiya, ABŞ, Ağ Ev ,Florian Filippo, Tramp, todaypress.az,