Fransa 25 ildən sonra yeni nüvə reaktorunu işə saldı
Dünya
03.09.2024 18:02
“Electricite de France” (EDF) enerji şirkəti “Flamanvil” atom elektrik stansiyasında divergensiya əməliyyatları həyata keçirmək üçün icazə alıb.
TodayPress xəbər verir ki, bu barədə şirkətin saytında məlumat verilib.
Bu, Fransada 25 ildən sonra ilk nüvə reaktorunun işə salınması halıdır.
Xatırladaq ki, reaktorun işə salınması ilkin olaraq 2012-ci ildə planlaşdırılırdı, lakin texniki problemlərə görə istismara verilmə tarixi təxirə salındı. Buna görə layihənin dəyəri 3 milyard avrodan 13 milyard avroya yüksəlib.
Qeyd edək ki, “Flamanville” Atom Elektrik Stansiyası (AES) Fransanın şimal-qərbində, La-Manş boğazının sahilində yerləşir. Stansiya hər birinin gücü 1,3 min MVt olan iki ədəd yüksək təzyiqli su reaktorunu idarə edir.
Töhfə Səməd
tag: Reaktor ,Atom ,Fransa ,La-Manş,Flamanvil, todaypress.az,