"Ford" Çinə avtomobil ixracını dayandırdı
ABŞ-nin “Ford” avtokonserni Pekinlə Vaşinqton arasında gedən ticarət müharibəsi ilə əlaqədar Çinə avtomobil tədarükünü dayandırıb.
TodayPress xəbər verir ki, bu qərar Çinin ABŞ mallarına tətbiq etdiyi idxal rüsumlarının çox yüksək olması ilə əlaqədardır.
Məlumata görə, tədarükü dayandırılan modellər bunlardır:
“F-150 Raptor”, “Mustang”, “Bronco”, “Lincoln Navigator” “Ford” şirkəti hal-hazırda bir sıra avtomobillər üçün 150% təşkil edən gömrük rüsumlarını ödəməyi planlaşdırmadığını diqqətə çatdırıb.
tag: Ford,Çin,Avtomobil,İxrac,Todaypress.az,