Folklend adaları yaxınlığında balıqçı gəmisinin batması nəticəsində 8 nəfər öldü
Dünya
25.07.2024 08:58
Folklend adaları
yaxınlığında balıqçı gəmisinin batması nəticəsində 8 nəfər ölüb.
TodayPress
xarici mediaya istinadən xəbər verir ki, səlahiyyətlilər çərşənbə axşamı səhər
qayıqda olan üç ekipaj üzvünün öldüyünü bildiriblər. Son bir neçə saat ərzində
gəmi qəzasında qalan 27 nəfərin tapılması üçün xilasetmə əməliyyatları
aparılıb.
Yerli medianın məlumatına görə,
daha sonra ölənlərin sayı 8-ə çatıb, 14 nəfər isə xilas edilib.
Argentina Hərbi Dəniz Qüvvələri
çərşənbə axşamı yaydığı bəyanatda bildirib ki, əlverişsiz hava şəraitinin
balıqçı gəmisinin su ilə dolmasına səbəb olub.
Qəza zamanı sürəti saatda təxminən
130 km olan küləklər və səkkiz metr hündürlüyündə dalğalar olub.
Nəzrin Cavadzadə
tag: Folklend, Ada, Hərbi Dəniz Qüvvələri, Balıqçı gəmisi, todaypress.az,