Floridada tornado nəticəsində dörd nəfər həlak oldu
Dünya
10.10.2024 21:23
Floridada
tornadolar nəticəsində 4 nəfər həlak olub.
TodayPress xəbər verir ki, bu barədə “NBC”
məlumat yayıb.
Bildirilib ki, qurbanlar iki tornadonun
əmələ gəldiyi Sent-Lüsi qraflığında olub.
"Milton qasırğası dünən gecə saat
20:30-da Siesta Key yaxınlığında 3-cü Kateqoriya fırtınası olaraq müəyyən olunub.
Məlumata görə, cümə axşamı səhər qasırğa 1-ci
kateqoriyaya qədər zəifləyib.
Monitorinq resursu ştatın 3 milyondan
çox sakininin işıqsız qaldığını açıqlayıb.
Oktyabrın 7-də prezident Cozef Bayden
ştata yaxınlaşan qasırğa ilə əlaqədar Florida ştatında fövqəladə vəziyyət elan
edilməsi haqqında sərəncam imzalayıb və yerli hakimiyyət orqanlarına federal
yardım göstərilməsini əmr edib.
Aynur
TAC
tag: Sent- Lüsi, Milton, Cozef Bayden, ABŞ,Florida,