Fitso: “Qərb müharibənin davamını istəyir”
Slovakiyanın Baş naziri Robert Fitso bəzi Qərb ölkələrinin Rusiya və Ukrayna arasında birbaşa danışıqların keçirilməsinə qarşı çıxmasını tənqid edib.
TodayPress xəbər verir ki, bu barədə o, mətbuat konfransında bildirib.
Fitsoya görə, bir çox Qərb dövləti münaqişənin davam etməsində maraqlıdır.
Baş nazir, buna baxmayaraq, bu mövqenin zamanla dəyişəcəyinə ümid etdiyini bildirib. O, əlavə edib ki, əgər Rusiya və Ukrayna danışıqlarda maraqlıdırsa, bu, onların haqqıdır.
Qiymət Mahir
tag: Slovakiya,Baş nazir,Robert Fitso,Qərb ,todaypress.az,