Fitso Moskvaya getmək üçün alternativ yollar axtarır
Slovakiyanın Baş naziri Robert Fitso Baltikyanı ölkələr onun təyyarəsini hava məkanı ilə təmin etməkdən imtina etdiyi üçün Qələbə Paradına görə Moskvaya getməyə alternativ yollar axtarır.
TodayPress xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
“Fitsonun ofisi Baltikyanı ölkələrdə hava məkanı bağlandıqdan sonra Rusiyaya alternativ marşrut axtarır” məqalədə qeyd olunur.
Həmçinin bildirilir ki, Baş nazir Moskvaya getməyə qərarlıdır.
tag: Slovakiya,Baş nazir,Robert Fitso,Baltikyanı ölkələr,Moskva,todaypress.az,