Fitso AK ilə qaz tranzitinin dayandırılmasını müzakirə edəcək
Dünya
07.01.2025 18:12
Slovakiyanın Baş naziri Robert Fitso Avropa Komissiyasının (AK) nümayəndələri ilə Rusiya qazının Ukrayna ərazisindən tranzitinin dayandırılmasını müzakirə edəcək.
TodayPress xəbər verir ki, bu barədə "RİA" məlumat yayıb.
Baş nazirin AK nümayəndələri ilə görüşü yanvarın 9-da Brüsseldə baş tutacaq.
Bundan əvvəl məlum olub ki, Avropa Komissiyası Ukrayna ərazisindən qaz tranziti məsələsi ilə bağlı yanvarın 7-nə planlaşdırılan iclası ləğv edib. Buna səbəb Ukrayna nümayəndə heyətinin danışıqlarda iştirak etməməsi olub.
Töhfə Səməd
tag: Brüssel ,Qaz ,Tranzit ,Ukrayna, todaypress.az,