Finlandiyaya giriş sərtləşdirilir
Dünya
04.07.2024 17:00
Sentyabrın 1-dən Finlandiya ölkəyə giriş qaydalarını sərtləşdirəcək.
TodayPress xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Prezident Alexander Stubb iyulun 5-də yeni müddəaları rəsmi olaraq təsdiq edəcək.
Əcnəbilər haqqında qanunda yaşayış icazəsinin verilməsindən imtina oluna biləcəyi bütün hallar nəzərdə tutulacaq. Bunlara yalan məlumatların verilməsi, ölkədə qeyri-qanuni qalma, Finlandiyada qeyri-qanuni iş, habelə yaşayış icazəsi almaq üçün bağlanan nikah daxildir.
Yaşayış icazəsi alarkən sığınacaq axtaranlar üçün tələblər də sərtləşdiriləcək. Xüsusilə, onlardan şəxsiyyəti təsdiq edən sənəd tələb olunacaq. Bununla belə, qaçqınlar ölkədə qalma səbəbini, məsələn, işə düzəlməklə dəyişə bilməyəcəklər.
Dəyişikliklər Baş nazir Petteri Orponun immiqrasiya siyasətini sərtləşdirmək üçün hökumət proqramına daxil edilib.
Günəş Mərd
tag: Finlandiya, Alexander, Əcnəbilər, Baş Nazir, Petter, İmmiqrasiya, todaypress.az,