Finlandiyadan Ukraynaya 159 mln. avroluq hərbi yardım

Dünya

28.06.2024 13:10

Finlandiya Ukraynaya 159 milyon avro dəyərində sayca 24-cü hərbi yardım paketi göndərəcək.

TodayPress-in xəbərinə görə, bu barədə ölkənin Müdafiə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, bununla da Rusiya-Ukrayna müharibəsinin başladığı dövrdən ölkəsinin Kiyevə göstərdiyi dəstəyin həcmi 2,2 milyard avroya çatacaq.

Ölkənin müdafiə naziri Antti Kaikonnen yayılan məlumatları təsdiqləyib. Onun sözlərinə görə, təhlükəsizlik səbəbindən yardımın göndəriləcəyi tarix açıqlanmayacaq.

tag: Finlandiya, Ukrayna, Hərbi Yardım, Müharibə, todaypress.az,