Finlandiyadan Ukraynaya 118 milyonluq hərbi yardım

Dünya

13.09.2024 13:43

Finlandiya Ukraynaya 118 milyon avro məbləğində 25-ci hərbi yardım paketini elan edib. 

TodayPress xəbər verir ki, bu barədə məlumat ölkənin Müdafiə Nazirliyinin saytında yerləşdirilib.

Qeyd olunub ki, bununla da rəsmi Helsinkinin Ukraynaya göndərdiyi yardımın ümumi məbləği 2,3 milyard avroya çatıb.

Eyni zamanda, yükün təhlükəsiz çatdırılmasını təmin etmək və məxfilik prinsiplərini qorumaq məqsədilə hərbi paketə nələrin daxil olduğu açıqlanmayıb.

tag: Finlandiya,Ukrayna,Yardım,Hərbi,Müdafiə Nazirliyi,Helsinki,Avro,todaypress.az,