Finlandiyadakı NATO bazasına İsveç rəhbərlik edəcək

Dünya

16.09.2024 17:15

1769

Finlandiyanın Laplandiyada yerləşən NATO bazası İsveçin rəhbərliyi altında olacaq. 

TodayPress xəbər verir ki, bu barədə “MTV3” kanalı məlumat yayıb.

Bu o deməkdir ki, bazanın şəxsi heyəti, o cümlədən, yüksək rütbəli rəhbərliyi və əsas qoşunları əsasən isveçlilərdən ibarət olacaq.

Razılaşmaya əsasən Finlandiyaya 50-yə yaxın İsveç zabitinin göndəriləcəyi gözlənilir.

Günəş Mərd

tag: Finlandiya, Laplandiya, NATO, İsveç ,Baza ,todaypress.az,