Finlandiyada qaçqınlar deportasiya ediləcək

Dünya

16.07.2024 14:46

Finlandiya prezidenti Aleksandr Stubb qaçqınların ölkədən çıxarılması haqqında qanun imzalayıb.

TodayPress xəbər verir ki, bu barədə Finlandiyanın dövlət aparatı məlumat yayıb. 

Məlumatda bildirilib ki, qanun 2024-cü il iyulun 22-də qüvvəyə minəcək və bir il müddətində qüvvədə olacaq. Həmçinin, qanunun tətbiqi ilə bağlı qərar bir aya qədər müddətə qəbul edilə bilər. 

Xatırladaq ki, Finlandiyanın daxili işlər naziri Mari Rantanen qanun layihəsinə uyğun olaraq, miqrantların Rusiya ərazisinə keçməsinə şərait yaradacağını deyib.

Töhfə Səməd

tag: Finlandiya, Aleksandr Stubb, Deportasiya,Dünya xəbərləri, todaypress.az,