Finlandiya və Çin liderləri Ukrayna məsələsini müzakirə edəcəklər

Dünya

29.10.2024 18:40

Finlandiya prezidenti Aleksander Stubb Pekində Çin sədri Si Cinpin ilə Ukraynadakı münaqişənin həllini müzakirə edəcək. 

TodayPress xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Agentliyin məlumatına görə, Stubb çinli həmkarına Ukraynanın iştirakı olmadan sülh sazişinin bağlana bilməyəcəyini söyləməyi planlaşdırır.

Finlandiyalı siyasətçinin Pekinə səfərinin Brüsselin Çinin elektrik avtomobillərinə tətbiq etdiyi yüksək tariflər səbəbindən Çin və Avropa İttifaqı arasında artan ticarət gərginliyi fonunda baş tutduğu bildirilir.

Töhfə Səməd

tag: Finlandiya, Çin,Aleksander Stubb,Ukrayna, Pekin, todaypress.az,