Finlandiya Rusiya üçün hədəfə çevrildi
Dünya
26.08.2024 12:51
“NATO ilə Rusiya arasında qlobal münaqişə baş verərsə, Finlandiya ordusu Moskva üçün qanuni hədəfə çevriləcək”.
TodayPress xəbər verir ki, bunu “RİA”ya danışan hərbi ekspert Aleksey Leonkov bildirib.
Ekspert Rusiya Müdafiə Nazirliyinin sərhəddə Helsinkinin hərbi aktivliyinin artacağını proqnozlaşdırdığını və bu cür hərəkətlərə əvvəlcədən hazırlaşdığını bildirib:
“Finlandiya NATO-ya üzv olan ərəfədə, Moskva şimal cinahını qərb istiqamətində gücləndirməyə başladı. Nəticədə yeni hərbi dairə və bir neçə baza yaradıldı”.
Leonkovun fikrincə, bu gün hakimiyyətdə finlandiyalıların yox, Amerikanın milli maraqlarını müdafiə edən insanlar var.
Töhfə Səməd
tag: Rusiya, NATO, Moskva, Finlandiya ,Amerika,todaypress.az,