Finlandiya Rusiya ilə sərhədlərin açılması ilə bağlı sualı cavablandırdı
Dünya
10.08.2024 11:18
“Finlandiya ilə Rusiya arasında sərhəd keçid məntəqəsinin açılması məsələsi Finlandiya Daxili İşlər Nazirliyinin səlahiyyətindədir”.
TodayPress xəbər verir ki, bunu Rusiya ilə sərhədlərin açılma tarixi ilə bağlı verilən suala cavab olaraq Finlandiyanın müdafiə naziri Antti Hakkanen deyib.
O, bildirib ki, Müdafiə Nazirliyi ilə Daxili İşlər Nazirliyi bu məsələ üzərində ciddi işləyirlər. Lakin bu qərarı vermək tamamilə Daxili İşlər Nazirliyinə məxsusdur.
Bundan əvvəl Finlandiyanın xarici işlər naziri Elina Valtonen də bildirmişdi ki, Helsinki növbəti aylarda Rusiya ilə sərhəd keçid məntəqələrinin açılması məsələsinə qayıda bilər.
Öz növbəsində Finlandiyanın Baş naziri Petteri Orpo bəyan edib ki, Rusiya ilə Finlandiya arasında münasibətlərin hazırkı mərhələsində sərhəddin açılması mümkün deyil.
Töhfə Səməd
tag: Finlandiya, Rusiya, Elina Valton, Helsink,Daxili İşlər Nazirliyi, todaypress.az,