Finlandiya Rusiya ilə sərhədini bağlı saxlayacaq
Finlandiya-Rusiya sərhədi hakimiyyətin ehtiyat etdiyi təhdidlərə görə yaxın gələcəkdə bağlı qalacaq.
TodayPress xəbər verir ki, bu barədə jurnalistlərə Finlandiyanın baş naziri Petteri Orpo məlumat verib.
"Təhlükənin qiymətləndirilməsi və Rusiyanın hərəkətləri dəyişməyib. Keçid məntəqələri açılacağı təqdirdə Rusiya etibarlı səyahət sənədləri olmayan insanları sərhəddən keçirə bilər. Ona görə də indi sərhədi açmaq mümkün deyil” deyə baş nazir əlavə edib.
2023-cü ilin noyabrında Finlandiya hökuməti üçüncü ölkələrdən qaçqınların nəzarətsiz axınını əsas gətirərək Rusiya Federasiyası ilə sərhəddə avtomobil keçid məntəqələrini bağlayıb.
Töhfə Səməd
tag: Finlandiya, Rusiya ,sərhəd ,Məntəqə, todaypress.az,