Finlandiya Rusiya ilə sərhəddə nəzarəti gücləndirir

Dünya

06.05.2025 19:40

8

Finlandiya Sərhəd Mühafizəsi şərq sərhədi və sular üçün yeni radiomüşahidə sistemi hazırlayır.

TodayPress xəbər verir ki, bu barədə "Yle" məlumat yayıb.

Bildirilir ki, bu sistem yeni kəşfiyyat təyyarələri və gəmilərdə quraşdırılacaq. Bu texnologiya sərhədyanı ərazilərdə radiotezlikli siqnalların, o cümlədən mobil telefonların yerini müəyyən etməyə imkan verəcək.

Avadanlıqlar kritik sayılan ərazilərdə yerləşdiriləcək. Bu addım Finlandiyanın Rusiya ilə sərhədində təhlükəsizlik tədbirlərini gücləndirməyə yönəlib. 

Qeyd edək ki, Finlandiya hökuməti Rusiya ilə sərhədi növbəti xəbərdarlığa qədər bağlı saxlayır.

Türkan İsgəndərli

tag: Rusiya,Finlandiya,Kəşfiyyat,Ordu,todaypress.az,