Finlandiya Rusiya ilə sərhəd yaxınlığında təlimlər keçirir

Dünya

08.01.2025 19:57

Finlandiya sərhədçiləri  Rusiya Federasiyası ilə sərhədi qorumaq üçün təlimlər keçirirlər.   

TodayPress xəbər verir ki, bu barədə “Yle” telekanalı məlumat yayıb. 

Təlimlər yanvarın 8-də başlayıb, yanvarın 9-dək davam edəcək.   

Növbəti manevrlərin gələn həftə yanvarın 13-dən 17-dək yerinə yetirilməsi planlaşdırılır. 

Təlimdə polis, gömrük, xilasetmə xidmətləri və müdafiə qüvvələri də daxil olmaqla ,ümumilikdə 300-ə yaxın insan iştirak edir. 

Günəş Mərd

tag: Rusiya,Finlandiya,Polis,Gömrük,Təlim,Todaypress.az,