Finlandiya PUA istehsalı üçün Ukrayna ilə birgə müəssisə yaradacaq

Dünya

28.11.2024 17:12

Finlandiyanın müdafiə texnologiyaları şirkəti “Summa Defence” Ukrayna müəssisələri ilə əməkdaşlıq edərək Finlandiyada Pilotsuz Uçuş Aparatı (PUA) istehsal edən zavodu tikəcək.

TodayPress xəbər verir ki, bu barədə yerli KİV yazıb.  

Qeyd olunub ki, zavodun məqsədi Ukraynada döyüş əməliyyatlarında istifadə olunan pilotsuz təyyarələrin istehsal gücünü tez bir zamanda artırmaqdır. 

PUA-ların genişmiqyaslı istehsalına 2025-ci ilin birinci yarısında başlanması planlaşdırılır. 

Şirkətinin baş direktoru Jussi Holopainen bildirib ki, istehsal olunacaq pilotsuz təyyarələr təkcə Ukraynaya deyil, bütün Avropa İttifaqı və NATO ölkələrinə veriləcək.

Qeyd edək ki, hazırda dünyada pilotsuz texnologiyaya tələbat yüksəkdir.

Günəş Mərd

tag: Finlandiya, Ukrayna, PUA, İstehsal, NATO, todaypress.az,