Finlandiya “Ottava Konvensiyası”ndan çıxacaq

Dünya

30.11.2024 17:06

Finlandiya piyada əleyhinə minaları qadağan edən “Ottava Konvensiyası”ndan çıxa bilər.   

TodayPress  “Yle” agentliyinə istinadən xəbər verir ki, bu barədə Finlandiya prezidenti Alexander Stubb bildirib.  

“Bizim əsas təhlükəmiz Rusiyadır. Təhlükəyə bu və ya digər şəkildə cavab verilməlidir. İndi dünya “Ottava Konvensiyası” dövründən çox fərqlidir” deyə o qeyd edib. 

Stubbın sözlərinə görə, Rusiyadan gələ biləcək təhlükə qarşısında Helsinki ölkənin imkanlarını və texnoloji potensialını öyrənmək və quru qoşunlarını modernləşdirmək niyyətindədir.

Qeyd edək ki, noyabrın 28-də Finlandiyada piyada əleyhinə minalara icazə üçün imzaların toplanmasına başlanılacağı bildirilib.  

Xatırladaq ki, “Ottava Konvensiyası”na əsasən, piyada əleyhinə minaların istifadəsi və istehsalı qadağandır. Konvensiya 1999-cu ildə qüvvəyə minib və 164 dövlət tərəfindən ratifikasiya olunub.

Günəş Mərd

tag: Finlandiya, Rusiya, Mina, Piyada, Ottava, todaypress.az,