Finlandiya ordusu Rusiya sərhədinə yaxın təlimlərlə başladı
Rusiya sərhədinə yaxın Finlandiyada 2,8 min
hərbçinin iştirakı ilə təlimlər başlayıb.
TodayPress xəbər verir ki, təlimlər
noyabrın 30-dan dekabrın 4-dək Kayanilə Kuhmo şəhərlərinin Vuosanka və
Sotinpuro poliqonlarında keçiriləcək.
Təlimlərə 2,8 min hərbçi, 600 nəqliyyat və döyüş hərbi
texnikası, “NH90” və “MD 500” helikopterləri cəlb edilib.
Hərbçilər hücuma və müdafiəyə hazırlaşmaq, qış mövsümündə
qaranlıq zamanı irəliləyən düşmənin hücumunun qarşısını almaq üçün məşqlər
edəcəklər.
tag: Finlandiya, Rusiya, Təlim, Sərhəd, todaypress.az,