Finlandiya NATO-ya daxil ola bilməyəcək

Dünya

09.11.2024 16:50

NATO üzvlüyünə qəbul olacağımıza əmin deyiləm. Biz təşkilata sonda qoşulmaq istədik.

TodayPress xəbər verir ki, bu barədə Finlandiya Prezidenti Aleksandr Stubb "İlta-Sanomat" qəzetinə verdiyi müsahibəsində qeyd edib.

O, ölkəsinin Alyansa indi qoşula bilməməsininin səbəbini Ukraynadakı vəziyyətlə əlaqəndirib: 

"İndi biz müraciət etsək də, üzvlüyə qəbul oluna bilməyəcəyik. Mənim qiymətləndirməm Ukraynadakı vəziyyətlə bağlıdır".

Stubb, həmçinin müsahibəsində ABŞ-ın yeni administrasiyasının Avropaya qarşı hər hansı radikal addım atacağını düşünmədiyini söyləyib: 

"Avropa enerjisini Rusiyaya, iqtisadiyyatını Çinə, təhlükəsizliyini isə ABŞ-a verib. Avropa öz təhlükəsizliyi və müdafiəsi üçün daha çox məsuliyyət daşımalıdır. ABŞ Avropanı tamamilə tərk etməyəcək".

tag: NATO, Finlandiya, Dünya, Aleksandr Stubb, todaypress.az,