Film kimi olay: Avtomobil qəzasında 11 nəfər öldü

Dünya

09.08.2024 11:25

Türkiyədə, Ankaranın Polatlı rayonunda sərnişin avtobusu körpünün dirəyinə çırpılıb. 

TodayPress Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 11 nəfər ölüb, 24 nəfər yaralanıb.

İlkin ehtimala görə, qəzaya səbəb sürücünün sükan arxasında yuxulaması olub.

Hadisə yerinə çox sayda xilasetmə və təcili tibbi yardım briqadaları cəlb edilib, xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

tag: Türkiyə, Qəza,Ölənlər, Hadisə,Körpü,Ankara, todaypress.az,