Filippot: "Tramp Ukrayna ilə bağlı əvvəlki qərarları ləğv etməlidir"

Dünya

13.12.2024 09:11

"ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp dövlət başçısı Cozef Bayden və onun administrasiyasının Ukrayna ilə bağlı qəbul etdiyi bütün əvvəlki qərarları ləğv etməlidir".  

TodayPress xəbər verir ki, bu barədə Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippot "X" sosial şəbəkəsindəki səhifəsində bildirib.

"ABŞ-nin bütün əvvəlki qərarlarını pozun. Britaniya və  Makronun Fransası ilə əlaqəni kəsin!" o, yazıb. 

Qeyd edək ki, bundan əvvəl Tramp “Time” jurnalına müsahibəsində Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiyaya raket zərbələri endirmək barədə qərarının hazırda ən təhlükəli vəziyyət olduğunu bildirib.  Tramp həmçinin vurğulayıb ki, o, Ukrayna ordusunun Amerikanın uzaqmənzilli silahları ilə Rusiyaya zərbə endirməsinə qarşıdır.

Günəş Mərd

tag: Britaniya ,Fransa ,Partiya, Makron, todaypress.az,