Filippot: "NATO ölkələri "Şimal axını" ilə bağlı heç nə etmirlər"

Dünya

26.09.2024 09:13

"NATO ölkələrinin “Şimal axını” qaz kəmərlərinin bombalanmasına münasibəti şokedicidir". 

TodayPress xəbər verir ki, bunu Fransa siyasətçisi, "Patriotlar" partiyasının lideri Florian Filippot bildirib. 

O, Şimali Atlantika Alyansı ölkələrinin bu təxribatın qurbanı olduqlarını belə bəyan etməmələri ilə bağlı təəccübləndiyini qeyd edib. 

“Onlar bu barədə heç danışmırlar: Fransa hökuməti bunu ümumiyyətlə müzakirə etməyib. NATO ölkələri - məsələn, Almaniya, Fransa, bu təxribatın qurbanı olmalarına baxmayaraq, heç nə etmirlər" siyasətçi qeyd edib.

Filippot qaz kəmərlərinin sabotajını müharibə aktı adlandırıb.

Günəş Mərd

tag: NATO, Şimal Axını ,Fransa, Təxribat ,Almaniya, todaypress.az,