Filippo: "Fransa Trampa görə Ukraynaya qoşun yeridə bilər"

Dünya

10.12.2024 09:08

Ukrayna və Fransa prezidentləri Volodimir Zelenski və Emmanuel Makron Kiyevə kömək üçün fransız qoşunlarının göndərilməsini planlaşdırır. 

TodayPress xəbər verir ki, bu barədə Vətənpərvərlər Partiyasının lideri Florian Filippo "X" sosial şəbəkəsində bildirib.

O, qeyd edib ki, siyasətçilər Donald Tramp Ağ Evə qayıtmazdan əvvəl yaradılmış “partlayıcı mühitdən” istifadə etməyə çalışırlar.

 “Ola bilsin ki, Makron və Zelenski işləri sürətləndirəcək və Fransa əsgərləri Ukraynaya gedəcək” deyə Filippo yazıb.

Qeyd edək ki, bir müddət öncə Zelenski bildirmişdi ki, Kiyev Makronun Qərb qoşunlarının yerləşdirilməsi təklifini öz ərazisində təhlükəsizliyin təminatı kimi nəzərdən keçirə bilər. 

Günəş Mərd

tag: Siyasət, Donald Tramp, Fransa ,Zelenski, todaypress.az,