Filippində zəlzələ oldu

Dünya

28.12.2024 03:06

Filippində 5,7 maqnitudalı zəlzələ olub.

TodayPress bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir.

Bildirilib ki, zəlzələ 30 min insanın yaşadığı Dapa bələdiyyəsindən 8,8 km cənub-şərqdə, ocağı 41 km dərinlikdə baş verib.

Hələlik itki və dağıntı barədə yekun məlumat yoxdur.

Aynur TAC

tag: Filippin, Zəlzələ, Avropa- Aralıq, Dapa, İtki, todaypress.az,