Filippində daşqın nəticəsində 1 nəfər öldü, 2 nəfər azyaşlı itkin düşdü
Dünya
10.07.2024 20:00
Filippinin cənubundakı Lanao
del Sur əyalətinin dörd şəhərini daşqın altında qalması nəticəsində 14 yaşlı
yeniyetmə ölüb, 2 və 3 yaşlı iki körpə isə itkin düşüb.
TodayPress xəbər verir ki, dörd
şəhərdə yağan leysan yağışları minlərlə sakinə təsir edib. Polis selin 100-dən
çox evə ziyan vurduğunu bildirib.
Əyalət sel suları nəticəsində evi dağılan və itkin düşən bacıların tapılması üçün axtarış-xilasetmə işlərinə başlayıb.
Nəzrin Cavadzadə
tag: Filippin , Daşqın, Lanao del Sur, İtkin, todaypress.az,