Filippində 5,9 maqnitudalı zəlzələ oldu
Filippində 5,9 maqnitudalı zəlzələ qeydə
alınıb.
TodayPress xəbər verir ki, bu barədə ABŞ Geoloji
Xidməti məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri təxminən 76,5
min insanın yaşadığı Virak şəhərindən 96 km şimal-şərqdə, zəlzələ ocağı 10 km
dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami
təhlükəsi elan olunmayıb.
tag: Zəlzələ, ABŞ, Filip, Sunami, todaypress.az,