Filippin ABŞ-dən “Typhon” raket qurğularını almağı planlaşdırır
Dünya
23.12.2024 12:43
Filippin hərbçiləri ABŞ-dən “Typhon” mobil yerüstü raket qurğularını almağı planlaşdırır.
TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, bunu Filippin Quru Qoşunlarının general-leytenantı Roy Qalido bildirib.
"Biz onları almağı planlaşdırırıq. Onlar arxipelaqımızın müdafiə sistemlərinin tətbiqində funksionaldır" o, vurğulayıb.
General qeyd edib ki, adətən Filippində silahların alınması ən azı iki il çəkir.
ABŞ 2024-cü ildə iki ölkə arasındakı illik hərbi təlimlər çərçivəsində Filippinə “Typhon” qurğusunu göndərib. Çinin etirazlarına baxmayaraq, ABŞ komandanlığı bu silahı Filippində saxlamağa qərar verib.
tag: ABŞ, Raket ,Filippin ,General ,Çin ,todaypress.az,