Filadelfiyada təyyarə qəzası nəticəsində ölənlərin sayı 7 nəfərə çatdı
Dünya
02.02.2025 05:21
ABŞ-nin Pensilvaniya ştatının Filadelfiya
şəhərində təyyarə qəzası nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.
TodayPress xəbər verir ki, bu barədə “Associated Press”
məlumat yayıb.
Məlumata görə, ölənlər arasında təyyarədə olan altı və
yerdə olan bir nəfər var. Həlak olanlar Meksika vətəndaşlarıdır.
Daha 19 nəfərin yaralandığı bildirilir.
Qeyd edək ki, Federal Aviasiya Administrasiyasının (FAA)
məlumatına görə, “Learjet 55” yanvarın 31-də yerli vaxtla saat 18:30-da (Bakı
vaxtı ilə fevralın 1-i 03:30-da) Filadelfiyanın şimal-şərqindəki hava
limanından qalxdıqdan sonra qəzaya uğrayıb.
Təyyarə Filadelfiyanın şimal-şərqindəki hava limanından
qalxdıqdan 30 saniyə sonra 1600 fut (487 metr) yüksəklikdə radarlardan itib.
CBS telekanalı hüquq-mühafizə orqanlarına istinadən xəbər verib ki, təyyarə
yaşayış binalarına çırpılıb.
Məlumata görə, hadisədən sonra Kottman prospekti və
Ruzvelt bulvarı ərazisində bir neçə ev yanıb.
tag: Təyyarə, Qəza, Ölüm, Aviasiya, Filadelfiya, todaypress.az,