Fidan: “Türkiyə Ukraynada atəşkəsə nəzarət etməyə hazırdır”

Dünya

10.05.2025 16:09

10

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Ankara Ukraynada atəşkəs rejiminə əməl olunmasına nəzarət etməyə hazırdır.  

TodayPress xəbər verir ki, bu barədə “RİA” yazıb.

Qeyd olunur ki, Fidan müvafiq bəyanatla Fransa, Almaniya və Britaniya liderlərinin daxil olduğu koalisiyasının onlayn iclasında çıxış edib.

“Fidan görüşdə bildirib ki, Türkiyə ilkin şərt olmadan Ukraynada atəşkəs əldə olunmasını və buna nail olmaq üçün səyləri dəstəkləyir” Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə qeyd edib.

Nazir həmçinin bildirib ki, Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir.

tag: Türkiyə,XİN,Hakan Fidan,Ukrayna,todaypress.az,