FHN-nin keçmiş rəhbəri korrupsiyada şübhəli bilinərək saxlanıldı
Dünya
12.12.2024 13:29
Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin (MTK) əməkdaşları respublikanın Fövqəladə Hallar Nazirliyinin keçmiş rəhbəri və Cəlal-Abad vilayətinin keçmiş qubernatoru Sultan Uramanayevi korrupsiyada şübhəli bilinərək saxlayıblar.
TodayPress xəbər verir ki, bu barədə MTK-nın mətbuat mərkəzi məlumat yayıb.
“MTK korrupsiyada şübhəli bilinərək davam edən cinayət işi çərçivəsində Fövqəladə Hallar Nazirliyinin keçmiş naziri, Joqorku Keneşin (Ali Şura) sabiq deputatını saxlayıb. 1995-ci ilin dekabr ayından 1996-cı ilin aprel ayına kimi “Qırğızıstantransavto” dövlət səhmdar cəmiyyətinin idarə heyətinin sədri vəzifəsində işləmiş Cəlal-Abad vilayətinin qubernatoru müəyyən vəzifəli şəxslərin köməkliyi ilə öz vəsaiti hesabına səhmlər alıb, “Tokçuluk” Dövlət Səhmdar Cəmiyyəti və sonradan qeyri-qanuni olaraq Balıqçı şəhərindəki (İssık-Kul vilayəti) keçmiş ət kombinatının daşınmaz əmlakını şəxsi mülkiyyətə keçirib” deyə məlumatda bildirilib.
Töhfə Səməd
tag: Cəlal Abad ,Korrupsiya,Vilayət, Rəhbər,todaypress.az,