FETÖ-yə qarşı əməliyyat: 20 nəfər saxlanıldı

Dünya

28.08.2024 10:31

Türkiyənin 11 əyalətində FETÖ terror təşkilatına qarşı keçirilən əməliyyatlar zamanı 20 nəfər saxlanılıb.

TodayPress ƏTRT Haber”ə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

Onun sözlərinə görə, əməliyyat güc strukturlarına daxil olan operativ informasiya əsasında icra edilib.

Yerlikaya, əməliyyatların görüntülərini də paylaşaraq polis qruplarını təbrik edib. 

Saxlanılan şəxslər barəsində həbs-qətimkan tədbiri seçilib.

Günəş Mərd

tag: Türkiyə, FETÖ, Əməliyyatlar, Terror ,Polis, todaypress.az,