Festival zamanı bomba partladıldı: 4 ölü, 50 yaralı

Dünya

14.12.2024 15:48

Taylandın Um Phang şəhərində Qızıl Xaç festivalının rəqs meydançasında əldəqayırma bombanın partlaması nəticəsində 4 nəfər ölüb, 50-yə yaxın adam yaralanıb.

TodayPress xəbər verir ki, bu barədə “Tairath” qəzeti yazıb.Yaralılar xəstəxanaya yerləşdirilib. 

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə ilə əlaqədar iki şübhəli şəxsi saxlayıblar. Saxlanılanlardan biri günahını etiraf edib. Araşdırma davam edir.

Günəş Mərd

tag: Tayland ,Bomba, Ölü ,Yaralı ,todaypress.az,