Fəst-fud yedi, kor oldu
Dünya
24.01.2025 13:30
Malayziyada uzun müddət fəst-fud yeməkləri ilə qidalanan 8 yaşlı oğlan tamamilə kor olub.
TodayPress xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.
Hadisə bu ilin yanvar ayında baş verib.
Uşaq təcili olaraq xəstəxanaya aparılıb.
Götürülən analizlərdə onda "A" vitamininin kəskin çatışmazlığı aşkar edilib.
Həkimlər vitamin çatışmazlığı səbəbindən oğlanda görmə sinirinin atrofiyaya uğradığı xəstəliyin - optik neyropatiyanın inkişaf etdirdiyini bildiriblər.
Gənc malayziyalının uzun illər yalnız fəst-fud yeməkləri ilə: çizburqer, peçenye, kolbasa qidalandığı ortaya çıxıb.
Həkimlər valideynləri uşaqlarının pəhrizinə nəzarət etməyə və onların qida rasionlarına mümkün qədər çox sağlam qidaları daxil etməyə səsləyiblər.
Xatırladaq ki, göz sağlamlığı üçün vacib olan "A" vitamini daha çox yerkökü, inək südü, manqo, ərik, balıq, toyuq, yumurta və şirin kartofun tərkibində var.
Nicat Osman
tag: Sağlamlıq,Qida,Həkim,Vitamin,A,Todaypress.az,