Fermerlər Polşa-Ukrayna sərhəd keçid məntəqəsini bağladılar

Dünya

23.11.2024 15:23

Polşalı fermerlər yenidən Ukrayna ilə sərhəddə yerləşən Medika-Şeqini keçid məntəqəsini bağlayıblar. 

TodayPress xəbər verir ki, bu barədə “Strana.ua” nəşri öz “Telegram” kanalında məlumat yayıb.

Nəşr Ukrayna Dövlət Gömrük Xidmətinə istinadən yazır: 

“Fermerlər ilin sonuna qədər Medika-Şeqini keçid məntəqəsində Ukrayna yük maşınlarının hərəkətinə mane olacaqlar.

Eyni zamanda, Polşadan gələn etirazçılar avtobus və avtomobillərin keçməsinə icazə verməməkdə davam edir. Yük maşınlarına gəlincə, polyaklar Ukrayna ərazisinə saatda yalnız bir avtomobilin daxil olmasına icazə vermək, Polşaya isə yalnız çəkisi 3,5 tondan az olan avtomobilləri buraxmaq niyyətindədirlər”.

Xatırladaq ki, Polşadan olan fermerlər 2023-cü il noyabrın əvvəlində də Ukrayna ilə sərhəddə bir neçə keçid məntəqəsini bağlamışdılar. 

Töhfə Səməd

tag: Polşa, Ukrayna ,Sərhəd, Fermerlər, Gömrük, todaypress.az,