Fələstinli məhbuslar 19:00-da azadlığa buraxılacaq

Dünya

30.01.2025 18:20

İsrailli girovların qaytarılması müqabilində həbsxanalardan buraxılmalı olan fələstinli məhbuslar yanvarın 30-u azadlığa buraxılacaq. 

TodayPress xəbər verir ki, bu barədə Məhkumların İşləri üzrə İnformasiya İdarəsi məlumat yayıb.

"Vasitəçilər ilə danışıqlardan sonra məhbusların yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə 19:00) azadlığa buraxılması qərara alınıb" ofisin rəsmi "Telegram" kanalında dərc edilən mesajda deyilir. 

Töhfə Səməd

tag: İsrail,Girov,Məhkum,Fələstin,todaypress.az,