Fələstini tanıyacağını vəd edən partiya Makrona qalib gəldi

Dünya

08.07.2024 10:24

Fransada prezident Emmanuel Makronun qərarı ilə keçirilən növbədənkənar parlament seçkilərinin təsdiqlənməmiş nəticələrinə görə, “Yeni Xalq Cəbhəsi” Milli Assambleyada ən çox mandata malik ittifaq olub.

TodayPress, Fransa mətbuatına istinadən xəbər verir ki, birinci olan solçu “Yeni Xalq Cəbhəsi” ittifaqının əsas seçki vədləri arasında Fələstinin dövlət kimi tanınması və İsrailə qarşı sanksiyaların tətbiqi var.

“Yeni Xalq Cəbhəsin”dən sonra ikinci yerdə prezident Makronun “Hamımız Respublika Naminə” ittifaqı, birinci turun qalibi olan radikal sağçı “Milli Birlik” alyansı isə üçüncü yerdə qərarlaşıb.

Seçki kampaniyasında minimum əmək haqqını 1600 avroya çatdıracağına, həmçinin ərzaq, enerji və yanacağın qiymətlərini donduracağına, bundan başqa, icarəyə verilən subsidiyaların 10 faiz artırılması və pensiya yaşının 60-a endirilməsi də alyansın vədləri arasında idi.

Partiyanın sözündə durub-durmayacağı isə hələ sual altındadır.

Töhfə Səməd

tag: Fələstin, Makron, Fransa, Yeni Xalq Cəbhəsi, Seçki, todaypress.az,