Fələstin prezidenti Rusiyaya səfər edəcək
Dünya
11.08.2024 12:33
Fələstin prezidenti Mahmud Abbas avqustun 12-14-də Moskvaya səfər edəcək.
TodayPress “TASS”a istinadən xəbər verir ki, bu barədə Fələstinin Rusiyadakı səfiri Abdel Hafiz Nofəl məlumat verib.
Onun sözlərinə görə, Mahmud Abbas səfər çərçivəsində avqustun 13-də Rusiya lideri Vladimir Putinlə görüşəcək.
Nofəl qeyd edib ki, əsas müzakirə mövzusu İsrail və Fələstin arasında Yaxın Şərqdəki münaqişə olacaq.
Tərəflər Qəzzadakı vəziyyəti, habelə Moskvanın böhranın həllində rolunu müzakirə edəcəklər.
Günəş Mərd
tag: Fələstin,Rusiya,Moskva,prezident, Mahmud Abbas ,Putin,todaypress.az,