Fələstin öz ərazisində Əl-Cəzirənin yayımını dayandırdı

Dünya

02.01.2025 05:22

Fələstin hökuməti Qətərin Əl-Cəzirə telekanalının ölkə ərazisində yayımını dayandırıb.


TodayPress xəbər verir ki, bu barədə" WAFA" agentliyi məlumat yayıb.


Məlumata görə, Fələstinin Daxili İşlər, Mədəniyyət və Rabitə nazirliklərinin əməkdaşlarından ibarət komitə kanalın yayımının müvəqqəti qadağan edilməsi ilə bağlı qərar qəbul edib.


Komitənin fikrincə, Əl-Cəzirə dəfələrlə təxribat xarakterli reportajlar yayımlayıb, həmçinin yalan məlumatlar yayıb və hökumətə qarşı üsyana çağırış edib.


Komitə bu hərəkətləri Fələstinin daxili işlərinə müdaxilə və onun ərazisində qüvvədə olan qanunvericiliyin pozulması kimi qiymətləndirib.


Kanalın Ramallahdakı ofisinin fəaliyyəti dondurulacaq, orada çalışan müxbirlərin akkreditasiyası ləğv ediləcək.

 

 

tag: İsrail,Fələstin , Telekanal, Əl-Cəzirə,DİN, todaypress.az,